Anadangəlmə Günah

İqtisadi ədəbiyyatda inkişaf etməkdə olan ölkələrin xaricdən öz valyutasında borc ala bilməməsi halına verilən ad. Burada həmin ölkələrin əzəldən belə olduqlarına və tarixçələri etibarilə borc verənlərin inamsızlığına düçar olduqlarına işarə olunur.
Amstel
Analitik
OBASTAN VİKİ
Günah
Günah — dinlərdə insanın Tanrı tərəfindən qadağan edilmiş bir sıra hərəkətləri icra etməsidir. Demək olar ki, hər bir dini görüşdə insanın günah etməsinə görə müəyyən cəza çəkəcəyinə dair görüşlər mövcuddur. == Dəlillər ilə açıqlanması == İnsan yaradılış etibarilə günah işləməyə meyillidir. Həzrət Adəmin Cənnətdə olarkən Allah-Təalanın əmrini unudaraq zəlləyə düşməsi, sonra da tövbə edib bağışlanma diləməsi bizə günahlardan arınma yolunu göstərir. Günah mənəvi boşluq, bir təzad və yaradılışın ziddinə getməkdir. Günah işləyən bir insan özünü vicdan əzabının və qəlb sıxıntısının qoynuna atmış bir bədbəxt, bütün ruhi-mənəvi qabiliyyətlərini şeytana satmış bir zavallıdır. Üstəlik insan həmin günahı işləməkdən əl çəkməzsə, ixtiyarı tamam əldən verər, nə günahlara müqavimət göstərməyə iradəsi, nə də özünü toparlamağa gücü qalar. Günahlar insanın ruhuna bulaşan mənəvi kirlərdir. Vücudumuzun kirini su ilə təmizlədiyimiz kimi, günahlarla kirlənmiş mənəviyyatımızı da tövbə ilə təmizləyirik. Tövbə arınma və təmizlənmə yoludur.
Günah (İslam)
Günah — (Farsca: گناه) Allahın haram buyurduğu işi yerinə yetirmək. Quranda günah mənasında işlənən kəlmələr aşağıdakılardır: 1. "Zənb" — lüğətdə "ardıcıllıq" mənasınadır. Dünya və axirət əzabları insanın günaha mürtəkib olmasından sonra həmin günahların ardınca göndərildiyinə görə günaha "zənb" deyilir. Bu kəlmə Quranda 35 dəfə təkrar olunub. 2. "Məsiyət" — Allahın əmrindən boyun qaçırmaq, üsyankarlıq etmək mənasınadır. Günah insanın Allah-təalanın müəyyən etdiyi bəndəçilik həddindən çıxdığını bildirir. Bu ifadə Quranda 33 dəfə gəlmişdir. 3.
Günah keçisi
Günah keçisi — suçsuz olduğu halda başqalarının suçu üzərinə yüklənilən insan ya da topluluğa verilən ad.
Günah çıxarma
Günah çıxarma (Barışma, etiraf) — Xristianlıqda, tövbəkarların günahlarını bir din adamının qarşısında etiraf edərək bağışlanması. == Günah çıxarma == Günah çıxarma nədir nədir? Televiziyada gördüyümüz kimi etiraf, bütün xristianların tətbiq etdiyi bir tətbiqdirmi? Bunun məqsədi nədir? Müqəddəs Kitaba yəni Qurani Kərimə görə günahları bağışlamaq yalnız Allahın işidir. Xristianlıqda günahları etiraf etmə prinsipinin Katolik Kilsəsi tərəfindən təsis edildiyini, yəni müəyyən forma şərtlərinə bağlı olduğunu bildirir. Fərqli olmasına baxmayaraq, bu etiraf institutu pravoslav və protestant məzhəblərində də baş verir. Protestantlar bunu "Tövbə və günahların bağışlanması" adlandırırlar. Allaha günahlarını etiraf etmək və Allahdan bağışlanmasını istəmək lazımdır. Ancaq qırdığımız və ya incitdiyimiz biri varsa, günahkar hərəkətlərimizi Allaha etiraf edərək bağışlanma diləmək kifayət deyil.
Ölümcül günah
Ölümcül günah — Xristianlıqda, tövbə edilməzsə ruhun xilas edilməsini itirməsinə səbəb olan ağır günahdır. Bu termin, ağır və adi günahları fərqləndirən inancın inkişaf etdirildiyi katolik ilahiyyatında geniş istifadə olunur. Eynilə, bu termin bəzi qeyri-katolik kilsələrində, o cümlədən pravoslavlıqda da istifadə olunur. Ancaq orada ölümcül günahın dəqiq bir katolik doktrinasında yer alan belə bir tərifi yoxdur. Pravoslavlıqda səkkiz, katoliklikdə isə yeddi ölümcül günahdan ibarət sistem qəbul edilir. Katolik Kilsəsinin ölümcül günahla bağlı rəsmi təlimi (və onun adi günahlardan fərqləri) dogmatik olaraq müəyyən edilmişdir, yəni katoliklər üçün imanın məcburi elementidir. Bu, Tredent Kafedralı (lat. Tridentum) tərəfindən elan edilir. Müasir dövrdə bu, Papa II İohann Pavelin "Barış və Tövbə" (lat. Reconciliatio et Paenitentia) Apostol Müraciətində təkrarlanır, burada Tredent Kafedralının tərifindən sonra ölümcül günahın tərifi belə ifadə edilir: "Ölümcül günah odur ki, ciddi materiya (vacib məsələlərə) aiddir və bundan əlavə, tam şüurla və tam razılıqla törədilib".
İlk günah
İlk günah — Adəm və Həvvanın cənnətdə törətdiyi günah, xristian ilahiyyatının və fəlsəfəsinin çox önəmli mövzusu. Yaradılış kitabının 3-cü fəslində ilk insanların (Adəm və Həvvanın) qadağan olunmuş ağacdan meyvə yeməsi, bunun nəticəsində onların ilk dəfə günaha batmaları və cənnətdən qovulmaları haqqında rəvayətlər vardır. Bu rəvayətlər eyni zamanda xristian antropologiyasının da əsasını təşkil etmişdir. Belə ki, xristian təlimində Adəm və Həvva, qadağan olunmuş ağacdan meyvə yedikləri üçün, günaha batdıqlarından sonra cənnətdən qovuldular və bu səbəbdən, onlardan törənən bütün bəşəriyyət, əcdadlarının bu ilkin günahına görə məsuliyyət daşıyır. Deməli insanlar bu dünyada günahkar doğulurlar. Ancaq xristian ilahiyyatında ilk günahdan azad olmaq da mümkündür. Bunun üçün İsaya bir Tanrının oğlu, onun əbədi Sözü (Loqos) kimi inanmaq lazımdır. Çünki onun simasında Tanrı dünyaya insan obrazında gəlmiş, insanlığın günahlarını öz üzərinə götürmüş və könüllü olaraq insanlar naminə ölümü qəbul etmişdir. Bu səbəbdən ona iman edənlər ilk günahdan azad olurlar, öz həyatını Tanrıya ibadətlərdə keçirirlər, xeyirxahlıq edirlər, şərdən uzaqlaşırlar. Aydın Əlizadə (2007).
Anadangəlmə immun sistemi
Anadangəlmə immun sistemi — Anadangəlmə (qeyri-spesifik, təbii) immunitet genetik olaraq hər bir bioloji canlı növünə mənsubdur (quyruğun olması və şaquli gəzmək kimi) və irsi olaraq nəsildən nəslə ötürülür. Məhz buna görə, insan heç bir halda, məsələn, it taunu, it isə qonoreya ilə xəstələnə bilməz. Təbii immunitetin fəaliyyəti bir çox müxtəlif mexanizmlər hesabına təmin edilir.Dəri – həm bakteriyalar, həm viruslar, həm göbələklər və həm də digər yad cisimlər üçün demək olar ki, rəfedilməz maneə hesab olunur. Dərini möhkəm divar ilə də müqayisə etmək olar. Məhz buna görə əksər hallarda biz orqanizmimizin yad mikroorqanizmlərlə "görüşünü" sadəcə olaraq hiss etmirik. Onlar ya sadəcə olaraq dərini keçə bilmir, ya da dəridə məhv olurlar. Tər, piy və göz yaşı vəziləri əksər patogen bakteriyalar üçün məhvedici təsirə malik olan xüsusi qoruyucu maddələr ifraz edirlər. Orqanizmin selikli qişaları (burun-udlağın, bronxların, mədə-bağırsağın) – "düşmənlərlə" mübarizənin ön cəbhəsidir. Selikli qişaların sahəsi orqanizmdə təxminən 400 m² təşkil edir. Onlar xarici mühitdəki zərərli mikroorqanizmlərə öldürücü təsir edən "lizosim" adlı maddə ifraz edirlər.
Yeddi ölümcül günah
Yeddi ölümcül günah — Xristianlıq inanclarına görə Yeddi böyük günah, Əsas günahlar, Kardinal günahlar kimi də tanınan, Roma-Katolik kilsəsinin yanaşmaları əsasında Papa I Qriqori tərəfindən hazırlanmış və insanların həyatı boyunca yayınmalı olduğu yeddi əsas günahdır. Yeddi ölümcül günahdan Əhdi-Cədidin qalatiyalılardan bəhs edən bölməsində Yeddi Şeytani hərəkət kimi bəhs olunur. Dante Aligyeri yazdığı "İlahi komediya" əsərində tez-tez Yeddi ölümcül günah məsələsinə toxunmuşdu. Bu günahların latınca adlarının ilk hərflərindən meydana gələn SALİGİA sözü Yeddi ölümcül günahın digər adıdır. Yeddi ölümcül günaha aşağıdakılar daxildir: Superbia (ing. pride): qürur, özündən razı olmaq. Avaritia (ing. greed): acgözlük. Luxuria (ing. lust): şəhvət düşkünlüyü.
Günah ulduzlarımızdadır (film)
Günah ulduzlarımızdadır (ing. The Fault in Our Stars) — 2014-cü ildə ABŞ yazıçısı Con Qrinin eyniadlı əsəri əsasında rejissor Coş Bun tərəfindən çəkilmiş dram və melodram janrlı film == Məzmun == 16 yaşlı Hazel Qreys Lançester 3 ildir tiroid xərçəngindən əziyyət çəkir. Xəstəlik artıq ağciyərlərinədə yayıldığı üçün həmişə yanında oksigen balonu gəzdirir. Bu xəstəlikdən əziyyət çəkən insanlar üçün yaradılmış dəstək qurupunda seanslara gedərkən Aqustus Vaters adlı gənc bir oğlanla tanış olur. O da bir vaxtlar beyin şişi xəstəliyindən müalicə almış və ayağının birini itirmişdir. Bu iki cütlük bir müddətdən sonra bir-birlərinə aşıq olurlar. Xəstəliyə görə xəstəxanada yatan Hazelin yanından heç ayrılmayan Auqustus onun həmişə iştəmiş olduğu arzusunu reallaşdırmaq üçün onunla birgə səyahətə çıxır. Məqsəd isə, Amsterdama gedərək Hazelin ən çox sevdiyi yazıçı Piter van Houteni tapmaqdır. == Rollarda == Şeylin Vudli — Hazel Qreys Lankaster Lili Kenna — Hazelin uşaqlığı Ansel Elqort — Aqustus Vaters Nat Volff — İsaak, Aqustusun görmə qüsurlu dostu Laura Dern — Frenni Lankaster, Hazelin anası Sem Trammel — Maykl Lankaster, Hazelin atası Uilyam Dafoe — Piter van Houten Lotte Verbik — Lidewic Vlieqenthart, Piterin assistantı Mayk Birbiqlia — Patrik Emili Piçer — Monika Emili Biç — Monikanın anası Karole Veyers (səs) — Enn Frank == Premyerası == Filmin premyerası 2014-cü ilin 2 iyun tarixində 300-dən artıq qonağın iştirakı ilə Nyu-Yorkun Ziegfeld teatrında baş tutdu. Kitabın müəllifi Qrin veriyi açıqlamasında bildirib: "Mən kitabın ekranlaşdırılmasına icazə vermək istəmədim.
Anadangəlmə yod çatışmazlığı sindromu
Anadangəlmə yod çatışmazlığı sindromu — hamiləlik zamanı tez-tez qida ilə kifayət qədər yod qəbul edilməməsi nəticəsində yaranan, tiroid hormonunun çatışmazlığı (hipotireoz) nəticəsində doğuş zamanı yaranan fiziki və əqli inkişafın pozulması ilə müşahidə olunan xəstəlikdir. Bu, anadangəlmə hipotiroidizm adlanan və tarixən kretinizm (köhnəlmiş) olaraq adlandırılan, doğuş zamanı qeyri-aktiv tiroid funksiyasının səbəblərindən biridir. Müalicə edilməzsə, həm fiziki, həm də zehni inkişafın pozulması ilə nəticələnir. Simptomlara guatr, körpələrdə zəif boy artımı, böyüklərin boyunun azalması, dərinin qalınlaşması, saç tökülməsi, genişlənmiş dil, çıxıntılı qarın; uşaqlarda sümüklərin böyüməsinin gecikməsi ; və zehni geriləmə, nevroloji pozğunluqlar, ovulyasiyada problemlər, böyüklərdə sonsuzluq görülür. İnkişaf etmiş ölkələrdə yenidoğulmuşlarda qalxanabənzər vəzinin funksiyasının yoxlanılması təmin etmişdir ki, təsirlənənlərdə tiroid hormonu olan tiroksinlə müalicəyə dərhal başlanılır. Bu müayinə və müalicə faktiki olaraq xəstəliyin nəticələrini aradan qaldırıb. == Əlamətlər və simptomlar == Yod çatışmazlığı guatr adlanan qalxanabənzər vəzinin tədricən genişlənməsinə səbəb olur. Zəif boy artımı həyatın ilk ilində görünür. Müalicəsiz yetkin boy 100 to 160 santimetr (3 ft 3 düym to 5 ft 3 düym) arasında dəyişir şiddətindən, cinsindən və digər genetik faktorlardan asılı olaraq. Digər əlamətlərə dərinin qalınlaşması, saç tökülməsi, dilin böyüməsi və qarın çıxması daxildir.
Günah ulduzlarımızdadır (film, 2014)
Günah ulduzlarımızdadır (ing. The Fault in Our Stars) — 2014-cü ildə ABŞ yazıçısı Con Qrinin eyniadlı əsəri əsasında rejissor Coş Bun tərəfindən çəkilmiş dram və melodram janrlı film == Məzmun == 16 yaşlı Hazel Qreys Lançester 3 ildir tiroid xərçəngindən əziyyət çəkir. Xəstəlik artıq ağciyərlərinədə yayıldığı üçün həmişə yanında oksigen balonu gəzdirir. Bu xəstəlikdən əziyyət çəkən insanlar üçün yaradılmış dəstək qurupunda seanslara gedərkən Aqustus Vaters adlı gənc bir oğlanla tanış olur. O da bir vaxtlar beyin şişi xəstəliyindən müalicə almış və ayağının birini itirmişdir. Bu iki cütlük bir müddətdən sonra bir-birlərinə aşıq olurlar. Xəstəliyə görə xəstəxanada yatan Hazelin yanından heç ayrılmayan Auqustus onun həmişə iştəmiş olduğu arzusunu reallaşdırmaq üçün onunla birgə səyahətə çıxır. Məqsəd isə, Amsterdama gedərək Hazelin ən çox sevdiyi yazıçı Piter van Houteni tapmaqdır. == Rollarda == Şeylin Vudli — Hazel Qreys Lankaster Lili Kenna — Hazelin uşaqlığı Ansel Elqort — Aqustus Vaters Nat Volff — İsaak, Aqustusun görmə qüsurlu dostu Laura Dern — Frenni Lankaster, Hazelin anası Sem Trammel — Maykl Lankaster, Hazelin atası Uilyam Dafoe — Piter van Houten Lotte Verbik — Lidewic Vlieqenthart, Piterin assistantı Mayk Birbiqlia — Patrik Emili Piçer — Monika Emili Biç — Monikanın anası Karole Veyers (səs) — Enn Frank == Premyerası == Filmin premyerası 2014-cü ilin 2 iyun tarixində 300-dən artıq qonağın iştirakı ilə Nyu-Yorkun Ziegfeld teatrında baş tutdu. Kitabın müəllifi Qrin veriyi açıqlamasında bildirib: "Mən kitabın ekranlaşdırılmasına icazə vermək istəmədim.